Mikayıl Cabbarov Dünya Güləş Birliyinin prezidenti ilə görüşdü
Azərbaycan Güləş Federasiyasının (AGF) prezidenti Mikayıl Cabbarov Dünya Güləş Birliyinin prezidenti Nenad Laloviçlə görüşüb.
BEY.AZ xəbər verir ki, M.Cabbarov bu barədə “X” hesabında paylaşım edib.
“Azərbaycanda güləşin inkişafı üçün görülən işləri qeyd etdik, gənc istedadların yetişdirilməsi, idmançılarımızın peşəkarlığının və beynəlxalq uğurlarının daha da artırılması ilə bağlı əməkdaşlığın inkişafını müzakirə etdik. Dünya Güləş Birliyinin qrapplinq, pankration və həvəskar MMA üzrə yeni yaradılan vahid komitəsinin rəhbərliyində Azərbaycan Güləş Federasiyasının təmsil olunmasının ölkəmizin güləş idmanına göstərilən yüksək etimadın göstəricisi olduğunu vurğuladıq”, – AGF rəhbəri bildirib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ |