Mikayıl Cabbarov tibb işçilərini təbrik edib
İqtisadiyyat naziri Mikayıl Cabbarov tibb işçilərini peşə bayramı münasibəti ilə təbrik edib.
BEY.AZ xəbər verir ki, nazir bununla bağlı “X”dəki səhifəsində paylaşım edib.
“17 iyun ölkəmizin tibb işçilərinin peşə bayramı qeyd edilir. Sosial inkişafa töhfə verən və sağlamlığımızın keşiyində dayanan bütün tibb işçilərini ürəkdən təbrik edir, fədakar və məsuliyyətli işlərində uğurlar arzulayırıq”, – M.Cabbarov qeyd edib.
MÜHASİBATLIQ XİDMƏTİ | TÜRKÇE BİLGİ PORTALI |