Mikayıl Cabbarov Türk Dövlətləri Təşkilatının Baş katibi ilə görüşüb
BEY.AZ informasiya agentliyi xəbər verir
İqtisadiyyat naziri Mikayıl Cabbarov Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevlə görüşüb.
Metbuat.az-a bu barədə İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Nazir Kubanıçbek Ömüralıyevi TDT-nin Baş katibi təyin olunması münasibəti ilə təbrik edib və fəaliyyətində uğurlar arzulayıb. Qeyd olunub ki, Təşkilatın səmərəli fəaliyyəti türk dövlətlərinin iqtisadi potensialından səmərəli istifadə edilməsi və birgə layihələrin həyata keçirilməsinin təşviqi baxımından mühüm əhəmiyyət kəsb edir. Təşkilata üzv dövlətlər tərəfindən irəli sürülən təşəbbüslər ticarət, enerji, investisiya, rəqəmsallaşma və s. sahələrdə müasir çağırışlara cavab verilməsinə yönəlib ki, bu da ölkələrimizin dayanıqlı iqtisadi inkişafı ilə yanaşı, regional əməkdaşlığın gücləndirilməsinə töhfə verir. Bu kontekstdə, Türk İnvestisiya Fondunun və Türk Ticarət evlərinin yaradılması, ticarət prosedurlarının sadələşdirilməsi, rəqəmsal iqtisadiyyatın inkişafı, sərmayələrin artırılması tərəfdaşlığın genişləndirilməsində əsas istiqamətlərdəndir.
Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev Azərbaycana səfərindən məmnunluğunu ifadə edib, Təşkilata üzv dövlətlər arasında əməkdaşlığın inkişafı barədə fikirlərini bölüşüb. Bildirilib ki, üzv ölkələr arasında elektron ticarətin geniş tətbiqi, dəyər zəncirlərinin möhkəmlənməsi və rəqabətqabiliyyətlilik prinsiplərinə əsaslanan birgə layihələrin icrasına diqqət artırılmalıdır.
Görüşdə Türk Dövlətləri Təşkilatı çərçivəsində iqtisadi tərəfdaşlığın möhkəmləndirilməsi istiqamətində qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Mikayıl #Cabbarov #Türk #Dövlətləri #Təşkilatının #Baş #katibi #ilə #görüşüb