fbpx

Mikayıl Cabbarov yüksək nəticə əldə etmiş qadın güləşçiləri təbrik etdi



İqtisadiyyat naziri, Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov U23 Avropa çempionatında yüksək nəticə əldə etmiş qadın güləşçiləri təbrik edib.

BEY.AZ xəbər verir ki, bu barədə AGF rəhbəri sosial şəbəkədə qeyd edib.

“Bakıda keçirilən U23 Avropa çempionatında qadın güləşi üzrə millimiz tarixində ilk dəfə komanda hesabında üçüncü yeri tutub. Yığmamızın üzvləri Jalə Əliyeva (57 kq) qızıl, Elnurə Məmmədova (53 kq) gümüş, Ruzanna Məmmədova (59 kq) isə bürünc medal qazanıb. Komandamızın üzvlərini və məşqçiləri təbrik edir, gələcək yarışlarda uğurlar arzulayıram”, – o yazıb.






MÜHASİBATLIQ XİDMƏTİTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin