Millət vəkilindən sosial şəbəkədə haqqında yayılan sitatla bağlı AÇIQLAMA
BEY.AZ informasiya agentliyi xəbər verir
Milli Məclisin deputatı Sevinc Fətəliyeva sosial şəbəkələrdə onun adından sitat paylaşanlara cavab verib.
Metbuat.az xəbər verir ki, deputat bununla bağlı rəsmi “Facebook” səhifəsində paylaşım edib:
“Adımdan uydurma və cəfəng sitat paylaşanların nəzərinə: bu cür yanaşma sərgiləyənlər unutmasınlar ki, yanlış məlumat və təhqir olunma qanun çərçivəsində tənzimlənir!”.
Xatırladaq ki, bu gün sosial şəbəkələrdə Sevinc Fətəliyevanın adından “Bəzən sosial şəbəkələrdə elə fikirlər səslənir ki, utandığım üçün 2-3 gün evə getməyib oteldə qalıram” sitatı paylaşılıb. Həmin sitat sosial şəbəkədə müzakirələrə səbəb olub.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.