fbpx

Milli Depozit Mərkəzində yeni təyinat

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Milli Depozit Mərkəzinin (MDM) Müşahidə Şurasına yeni üzv seçilib.

Bu barədə Metbuat.az-a MDM-dən bildirilib.

Məlumata görə, Milli Depozit Mərkəzinin Müşahidə Şurasının aprelin 14-də növbəti iclası keçirilib və iclasın qərarına əsasən Məmmədova Nazlı Ramiz qızı Milli Depozit Mərkəzinin Müşahidə Şurasının müstəqil üzvü təyin edilib.

Rüya tabirlerini burdan oku

Qeyd edək ki, Nazlı Məmmədova 2010-2017-ci illərdə “Ernst & Young Azerbaijan”da, 2017-2019-cü illərdə Azərbaycan Beynəlxalq Bankında çalışıb. 2019-cü ildən isə “Moonwake Investment” MMC-də Baş Maliyyə İnzibatçısı vəzifəsində çalışır.

Xatırladaq ki, Milli Depozit Mərkəzinin Müşahidə Şurası beş nəfərdən ibarətdir. Müşahidə Şurasının tərkibinə maliyyə bazarlarına nəzarət orqanının iki nümayəndəsi, mərkəzi depozitarın üzvlərinin iki nümayəndəsi və bir müstəqil üzv daxildir. Beləliklə, Milli Depozit Mərkəzinin Müşahidə Şurası sədr Elçin Əlizadə, sədr müavini Umeyra İbrahimova, üzvlər Nadir Babazadə, Elçin Məmmədov və müstəqil üzv Nazlı Məmmədovadan ibarət olub.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Milli #Depozit #Mərkəzində #yeni #təyinat

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu