fbpx

Milli komandamızın AÇ-dəki rəqibləri bilindi

BEY.AZ informasiya agentliyi xəbər verir


22 yaşadək oğlan voleybolçulardan ibarət Azərbaycan millisinin AÇ-2022-də rəqibləri bəlli olub.

Metbuat.az xəbər verir ki, II təsnifat mərhələsindən mübarizəyə qoşulacaq yığma Kosova, Niderland və Slovakiya ilə birgə E qrupunda gücünü yoxlayacaq.
Eldar Əliyevin baş məşqçisi olduğu komanda ilk matçını mayın 20-də Kosova millisinə qarşı keçirəcək.

Voleybolçularımız ertəsi gün Niderlandla, mayın 22-də isə Slovakiya ilə üz üzə gələcək. Komandamızın oyunları Bakı vaxtı ilə 21:00-da başlayacaq. Görüşlərə Kosova ev sahibliyi edəcək.
Qeyd edək ki, təsnifat mərhələsində 21 komanda 6 qrupda qüvvəsini sınayacaq. Qrup qalibləri və ən yaxşı ikinci yerin sahibi final mərhələsinə vəsiqə qazanacaq.
AVRO-2022, Təsnifat mərhələsi

E qrupu
20 may
21:00. Azərbaycan – Kosova
21 may
21:00. Niderland – Azərbaycan
22 may
21:00. Slovakiya – Azərbaycan



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin