Milli Məclis bu tarixdə toplaşır
Milli Məclisin növbədənkənar sessiyasının ilk iclasının vaxtı açıqlanıb.
BEY.AZ xəbər verir ki, bu barədə parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev məlumat verib.
Məlumata görə, ilk iclas iyunun 7-də keçiriləcək.
Qeyd edək ki, Milli Məclisin yaz sessiyası mayın 31-də başa çatıb.Parlamentin Daxili Nizamnaməsinə əsasən, parlamentin 42 deputatının tələbi əsasında növbədənkənar sessiya çağırılır. Milli Məclisin növbədənkənar sessiyaları dövründə parlamentin, komitə və komissiyalarının iclasları keçirilir, deputatlar komitə və komissiyaların işində iştirak edirlər.
MÜHASİBATLIQ XİDMƏTİ | TÜRKÇE BİLGİ PORTALI |