Milli Məclis təmir ediləcək
Milli Məclis inzibati binalarında, həyətyanı sahəsində və avtoparkında cari təmir işlərinin satın alınması ilə bağlı tender elan edib.
BEY.AZ xəbər verir ki, təmir işləri parlamentin birinci, ikinci və üçüncü korpuslarını əhatə edəcək.
Korpuslar üzrə zərurətə uyğun olaraq, divar kağızları yenilənəcək, tavan və döşəmə hissəsində təmir işləri aparılaraq rənglənəcək.
Eyni zamanda, avtoparkda aparılcaq təmir işləri zamanı alçipan arakəsmələrdən otaqlar yaradılacaq.
Həyətyanı sahədə isə qranit plitələr sökülərək yenilənəcək.
MÜHASİBATLIQ XİDMƏTİ | TÜRKÇE BİLGİ PORTALI |