fbpx

Milli Məclisdən Lüksemburq Nümayəndələr Palatasının qətnaməsinə reaksiya

Rüya Yorumları burda


Azərbaycan Milli Məclisi Lüksemburq Deputatlar Palatasının bu il noyabrın 20-də qəbul etdiyi qətnaməni qərəzli, qeyri-obyektiv və ədalətsiz bir akt kimi qiymətləndirir, ölkəmizi hədəf alan əsassız iddia və ittihamları qətiyyətlə rədd edir. Lüksemburq parlamentinin bu siyasi aksiyası həmin ölkənin parlamentinin siyasi avantüra meydanına çevrildiyini göstərir.

BEY.AZ xəbər verir ki, bu barədə Milli Məclisin Lüksemburq Deputatlar Palatasının qətnaməsinə dair açıqlamasında yer alıb.

Bildirilib ki, Azərbaycanın suverenliyinə aşkar hörmətsizliyin, onun milli təhlükəsizliyinin, ictimai sabitliyinin və ərazi bütövlüyünün qorunması üçün görülən tədbirlərə etinasızlığın nümayiş etdirildiyi qətnamədə ölkəmizdə cərəyan edən proseslər ilə bağlı qaldırılan məsələlər daxili işlərə kobud müdaxilədən başqa bir şey deyil.

2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkiləri barəsində irəli sürülən iddialar tamamilə əsassızdır. Seçki praktikasının təkmilləşdirilməsi sahəsində Azərbaycanın əldə etdiyi irəliləyiş beynəlxalq miqyasda təsdiqlənib. Seçkilər milli qanunlara və beynəlxalq öhdəliklərə tam uyğun keçirilib.

Özbaşına həbslər, fikir və toplaşma azadlığının məhdudlaşdırılması barədə qətnamədə ifadə edilən fikirlər kobud təhriflər üzərində qurulub. Müxtəlif hesabatlarda adları hallandırılan şəxslərin həbsləri milli qanunların pozulduğunu göstərən tutarlı sübutlar əsasında həyata keçirilmiş və bu zaman lazımi hüquqi prosedurlara əməl edilib.

Rüya tabirlerini burdan oku

Qətnamədə siyasi məhbuslar ilə bağlı irəli sürülən iddialar əsassızdır və Azərbaycanın gözdən salınmasına yönələn kampaniyanın tərkib hissəsini təşkil edir. Azərbaycanda vətəndaş cəmiyyətinin inkişaf etdirilməsi, demokratik proseslərin möhkəmləndirilməsi üçün göstərilən səylərin üzərinə kölgə salmaq cəhdi təəssüf doğurur.

Avropa Şurası Parlament Assambleyasının 76 deputatının, o cümlədən Lüksemburq Deputatlar Palatası üzvlərinin “persona non qrata” elan olunması məhz Azərbaycanın sülh və sabitlik yaradılması səylərinə zidd hərəkətlərin fəal surətdə dəstəklənməsi, dövlətimizin ərazi bütövlüyünə və suverenliyinə aşkar hörmətsizliyin nümayiş etdirilməsi ilə bağlı olub. Həmin tədbirlərin ləğvinə çağırış bu cür dəstəyin ikitərəfli və çoxtərəfli münasibətlər üçün doğurduğu ağır nəticələrin dərk edilmədiyini göstərir.

Azərbaycan Lüksemburq da daxil olmaqla, bütün beynəlxalq tərəfdaşlar ilə konstruktiv dialoqa sadiqdir, lakin bu cür dialoq qarşılıqlı hörmətə və beynəlxalq hüquqa riayət edilməsinə əsaslanmalıdır. Bununla əlaqədar Azərbaycan Milli Məclisi Lüksemburq Nümayəndələr Palatasından aqressiv ritorikanı kənara qoymağı, eləcə də parlament dialoqu və diplomatiyası prinsiplərinə zidd olan, etimadı və əməkdaşlıq yaradılması səylərini sarsıdan qətnamələr qəbul edilməsi praktikasından əl çəkməyi tələb edir.








ARMY.AZ USTA XİDMƏTLƏRİ

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu