Milli Məclis 2021-ci il dövlət büdcəsinin icrası haqqında layihəni ikinci oxunuşda qəbul edib
BEY.AZ informasiya agentliyi xəbər verir
Milli Məclis “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikası qanununun layihəsini qəbul edib.
Metbuat.az xəbər verir ki, layihə haqqında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məlumat verib.
Qeyd edək ki, 2021-ci il üçün dövlət büdcəsinin gəlirləri 26396,3 milyon manat, təsdiq olunmuş proqnoza qarşı 3,8 faiz (969,3 milyon manat) çoxdur. Keçən il dövlət büdcəsinin xərcləri isə 27422,4 milyon manat, təsdiq olunmuş proqnoza qarşı 3,9 faiz (1 120.6 milyon manat) az olub. Müvafiq olaraq dövlət büdcəsinin kəsiri 1026,1 milyon manat və ya təsdiq olunmuş proqnozla müqayisədə 67,1 faiz azdır.
Müzakirələrdən sonra büdcə səsverməyə qoyularaq ikinci oxunuşda qəbul edilib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.