Milli Məclisdə insan haqları ilə bağlı Çevik Qrup yaradılacaq
BEY MEDIA İnformasiya agenti xəbər verir
Milli Məclisin İnsan hüquqları komitəsinin yanında insan haqları ilə bağlı Çevik Qrup yaradılacaq.
Metbuat.az xəbər verir ki, bu, komitənin 2022-ci il yaz sessiyasının işləri planında əksini tapıb.
Planda insan hüquqları profilli QHT-lərlə növbəti silsilə görüşlərin keçirilməsi, müzakirələrin nəticələrinin və təkliflərin aidiyyəti qurumlara göndərilməsi və hüquq profilli QHT-lərlə keçirilən görüşlərdə “Komitə yanında insan haqları ilə bağlı Çevik Qrupun” yaradılması ilə bağlı təklifin reallaşdırılması yönündə tədbirlərin görülməsi nəzərdə tutulub.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.