fbpx

Milli Məclisdə Laçın yolundakı vəziyyət müzakirə edilib

BEY.AZ informasiya agentliyi xəbər verir


Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin payız sessiyasında ilk iclasında Laçın yolundakı mövcud vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb.

Metbuat.az xəbər verir ki, toplantıda deputatlar Laçın yolundakı mövcud vəziyyətlə bağlı çıxışlar ediblər.

Komitə sədri Ziyafət Əsgərov bildirib ki, Ermənistan ərzaq məsələsini Azərbaycana qarşı bir alətə çevirib:

“Əslində, burada heç bir problem yoxdur, sadəcə siyasətə çeviriblər. Siyasi oyunbazlıqla məşğuldurlar. Bu gün Qarabağda heç bir ərzaq böhranından söhbət gedə bilməz. Orada yaşayan ermənilərin hər hansı ərzaq problemi yoxdur. Sadəcə olaraq ermənilər Azərbaycanla Ermənistan arasındakı sülh danışıqlarını pozmaq üçün müəyyən dövlətlərin, təşkilatların təzyiqi ilə belə davranırlar ki, bu məsələ uzansın, müqavilə imzalanmasın. Bütün bunlar ona dəlalət edir ki, Ermənistan regionda təhlükəsizlik arxitekturasının yaranmasında maraqlı deyil”.

Sonra çıxış edən komitə üzvləri Elman Məmmədov, Hikmət Məmmədov, Elşad Mirbəşir oğlu, Arzu Nağıyev, Kamal Cəfərov məsələ barədə fikirlərini açıqlayıblar.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Milli #Məclisdə #Laçın #yolundakı #vəziyyət #müzakirə #edilib

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin