fbpx

Milli Məclisdə Xocalı soyqırımına həsr olunmuş tədbir keçiriləcək

Rüya Yorumları burda

BEY MEDIA İnformasiya agenti xəbər verir


Milli Məclisdə Xocalı soyqırımına həsr olunmuş tədbir keçiriləcək.

Metbuat.az xəbər verir ki, bu, parlamentin Gənclər və idman komitəsinin 2022-ci il yaz sessiyasının qanunvericilik işləri planında əksini tapıb.

Sessiyada Milli Məclisə daxil olacaq qanun layihələri, bir sıra qanunlarda dəyişiklik edilməsi ilə bağlı məsələlərlə yanaşı, komitədə “Reproduktiv sağlamlığın qorunması haqqında” qanun layihəsinin, eləcə də “Ali təhsil haqqında” qanun layihəsində gənclərlə bağlı müddəaların müzakirəsi nəzərdə tutulub.

Rüya tabirlerini burdan oku

Eyni zamanda, iş planında 2022-ci ilin “Şuşa ili” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 5 yanvar tarixli sərəncamına uyğun olaraq, gənclərin maarifləndirilməsi tədbirlərinin, komitə üzvlərinin mütəmadi olaraq seçki dairələrinə daxil olan ərazidə yaşayan şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları ilə görüşlərinin, Xocalı soyqırımına həsr olunmuş tədbirlərin keçirilməsinə, ölkə əhəmiyyətli ictimai-siyasi hadisələrlə əlaqədar müxtəlif səpkili tədbirlərin təşkilinə də geniş yer ayrılıb.

Qeyd edək ki, bu gün Milli Məclisin Gənclər və idman komitəsinin yaz sessiyasında onlayn formatda ilk iclası keçirilib.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu