fbpx

Milli Məclisin sədri Fazil Mustafanı xəstəxanada ziyarət edib

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Milli Məclisin sədri Sahibə Qafarova yaşadığı evin qarşısında terror aktına məruz qalmış deputat Fazil Mustafanı müalicə olunduğu xəstəxanada ziyarət edib, onun ailə üzvləri ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Metbuat.az-a bildiriblər ki, Fazil Mustafanın vəziyyəti və müalicəsinin gedişi ilə maraqlanan spikerə onun tezliklə sağalması üçün tibb personalı tərəfindən bütün lazımi tədbirlərin görülməsi barədə məlumat verilib.

Sahibə Qafarova qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı müvafiq tapşırıqlarını verib və məsələ aidiyyəti dövlət qurumlarının diqqət mərkəzindədir. Spiker, həmçinin Prezident İlham Əliyevin Milli Məclisin deputatına qarşı törədilmiş bu xain terror aktını törətmiş şəxsin və ya şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb olunması istiqamətində təxirəsalınmaz əməliyyat-istintaq tədbirlərinin aparılması ilə bağlı hüquq-mühafizə orqanlarına göstəriş verdiyini xatırladıb. Bir daha diqqətə çatdırıb ki, bu terroru törədənlər öz məqsədlərinə nail ola bilməyəcəklər.

Rüya tabirlerini burdan oku

Fazil Mustafa göstərilən diqqət və dəstəyə görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib. O, dövlətçilik mövqeyinə bundan sonra da sadiq qalacağını, bu terror aktının onu çəkindirməyəcəyini söyləyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad ol



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Milli #Məclisin #sədri #Fazil #Mustafanı #xəstəxanada #ziyarət #edib

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu