fbpx

Milli Musiqi Günü münasibətilə Üzeyir Hacıbəylinin xatirəsi anıldı

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Milli Musiqi Günü münasibətilə sentyabrın 18-də mədəniyyət və incəsənət xadimləri Fəxri xiyabanda Üzeyir Hacıbəylinin və digər musiqi xadimlərinin məzarlarını ziyarət ediblər.

Metbuat.az xəbər verir ki, Üzeyir Hacıbəylinin məzarı üzərinə əklil və gül dəstələri qoyulub.

Tədbir iştirakçılarını musiqi bayramı münasibətilə təbrik edən mədəniyyət naziri Adil Kərimli bildirib ki, bu gün sadəcə musiqisevərlərin deyil, həm də bütün Azərbaycan xalqının bayramıdır.

Rüya tabirlerini burdan oku

Nazir deyib ki, xalqımızın ölməz sənətkarları arasında Üzeyir Hacıbəylinin xüsusi yeri var. Üzeyir bəy görkəmli dövlət xadimi idi, həmçinin Azərbaycan musiqisində köklü dönüş yaratmış bəstəkardır.

Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə festival haqqında fikirlərini bölüşərək bildirib ki, Üzeyir bəyin əsərləri hər zaman sevilə-sevilə dinlənilir. Çox sevindirici haldır ki, torpaqlarımız azad olunub, artıq Şuşada musiqi festivalları, Vaqif Poeziya Günləri keçirilir. Bu gün Üzeyirin ruhu şaddır, onun əsərləri doğma Qarabağımızda səslənir.

Sonda mədəniyyət və ictimaiyyət nümayəndələri Fəxri xiyabanda digər mədəniyyət və musiqi xadimlərinin məzarlarını da ziyarət edib, önünə gül dəstələri düzüblər.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Milli #Musiqi #Günü #münasibətilə #Üzeyir #Hacıbəylinin #xatirəsi #anıldı

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu