fbpx

Millimizdə yeni baş məşqçi

BEY.AZ informasiya agentliyi xəbər verir


Kişi boksçulardan ibarət Azərbaycan yığmasına yeni baş məşqçi təyinatı rəsmiləşib.

Azərbaycan Boks Federasiyasının Mətbuat Xidmətindən Metbuat.az-a verilən məlumata görə, İdarə Heyətinin qərarına əsasən milli komanda kubalı Pedro Rokeyə həvalə edilib.
Təcrübəli mütəxəssis ilə Paris-2024 Yay Olimpiya Oyunlarının sonunadək müqavilə imzalanıb. Onun qarşısına əsas hədəf kimi Azərbaycan millisinin iştirak edəcəyi hər yarışda, xüsusilə də olimpiadada uğurlu çıxış etmək tapşırığı qoyulub.

Kubalı baş məşqçi yeni vəzifədə həmyerlisi Umberto Orta Domingesi əvəzləyib. Domingesin başa çatan müqaviləsi uzadılmayıb.

Qeyd edək ki, Pedro Roke 2014 – 2016-cı illərdə də Azərbaycan yığmasının baş məşqçisi olub. Komanda onun rəhbərliyi altında Rio-de-Janeyro-2016 Yay Olimpiya Oyunlarında çıxış edib və hələlik olimpiadalarda ölkə tarixinin ən yaxşı nəticəsinə imza atıb. Həmin vaxt Lorenzo Sotomayor (64 kq) finala yüksəlməklə və yekunda gümüş medal qazanmaqla milliyə ilk yaşadıb. Həmçinin Kamran Şahsuvarlı (75 kq) da Rio-2016-nı bürünc mükafatla başa vurub.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin