fbpx

Min dərdə dərman olan bitki



May-iyun aylarında təbii mühitdə sarı çiçəkləri ilə diqqət çəkən kantaron bitkisinin faydaları saymaqla bitməz. Bütün dövrlərin ən şəfalı bitkisi sayılan kantaron dünyada ən çox alınan, satılan və ixrac edilən bitki ünvanını qazanıb.

BEY.AZ Medicina.az-a istinadən xəbər verir ki, Muğla Sıtkı Koçman Universiteti Kosmetik Məhsullar Tətbiq və Araşdırma Mərkəzinin müdiri Prof. Dr. Nazan Apaydın Demir insanların təbii mühitdə yetişən bu bitkidən min illərdir faydalandıqlarını bildirib.

O, “qılınc otu” kimi də tanınan bitkidən Roma dövründə legionerlərin, Osmanlı dövründə isə yeniçərilərin qılınc yaralarını sağaltmaq üçün istifadə etdikləri, bəzi xristian mənbələrinə görə isə onun “İsanın qanı” adlandırıldığı kimi məlumatlar olduğunu nəzərə çatdırıb.

Bu bitkinin yağı xüsusi üsulla əldə edilir. Belə ki, sarı çiçəklər bankaya yığıb, üzərinə zeytun yağı əlavə edib, ağzını kip bağlayaraq günəşdə və ya kölgədə 60-70 gün saxlanılır.

Günəşdə saxlanılan kantaron yağı bədəndəki yara və yanıqlarda təsirli olur. Kölgədə saxlanılan yağ isə daxilə qəbul edilir və ilk növbədə mədə xəstəliklərində istifadə olunur. Orta-ağır depressiya hallarında da bu yağdan istifadə edilir.

Prof. Dr. Nazan Apaydın Demir kantaronu bütün dövrlərin ən şəfalı otu adlandırıb:

“Gündəmdə çoxlu dərman bitkiləri var. Bu bitkilər son illərdə populyarlıq qazanıb. Ancaq biz kantaronu tamamilə fərqli bir yerə qoyuruq. Mədə ağrıları zamanı, yaraları sağaltmaq üçün, hətta saç baxımında istifadə edilir. Bu, minilliklər boyu rəvayətlərə mövzu olan və bir çox mifologiyalarda adı çəkilən bir bitkidir”.

Professor qeyd edib ki, kantaron ağızdan qəbul edildiyi təqdirdə istifadə müddətinin həkim nəzarətində olması mütləqdir.

“Bu gün kantaronun müalicəvi cəhətləri çox olsa da, əsasən yara sağaldıcı kimi tanınır. Xarici olaraq yanıqların və yaraların müalicəsində geniş istifadə olunur. Bəzi mədə xəstəlikləri üçün ağızdan da qəbul edilə bilər. Dünyada əsasən antidepresant kimi istifadəsi geniş yayılıb. Bu şəkildə istifadə etmək üçün müəyyən gündəlik dozanı keçməmək və həkim nəzarəti altında olmaq vacibdir. Adətən 300 milliqram təyin olunur. Ancaq bu, təsadüfi şəkildə istifadə edə biləcəyiniz bir bitki deyil. Digər birləşmələrlə qarşılıqlı əlaqədə olduğundan, bəzi metabolik yollarda fermentləri parçaladığı məlumdur. Bəli, dərman bitkisidir. Amma onu mütləq optimallaşdırmaq, uyğun dozasını təyin etmək lazımdır. Elmi mənbələrdə qeyd edilir ki, istifadə müddəti 12-20 gündən çox olmamalıdır. Aspirin, antibiotik və ya digər dərmanların qəbulunda necə ki, dozaya əməl edirsiniz, kantaron istifadəsi zamanı da ən azı bu qədər ehtiyyatlı olmaq şərtdir”, – deyə professor vurğlayıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.




MÜHASİBATLIQ XİDMƏTİTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin