fbpx

Mingəçevirin yeni elektrik stansiyası tikilir

Rüya Yorumları burda
Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone ol BEY.AZ informasiya agentliyi xəbər verir

Mingəçevirdə 1280 meqavatlıq yeni elektrik stansiyası tikilir.

BEY.AZ Xezerxeber.az-a istinadən xəbər verir ki, artıq İtaliyanın Ansaldo Energia şirkətinin istehsalı olan qaz turbinləri və generatorlar gəmiyə yüklənərək Azərbaycana göndərilib və sabah Bakı limana çatacaq. Bu günə kimi 4 ədəd qaz turbinlərinin, generatorların və qazanların bünövrə, betonlanma işləri görülərək yekunlaşdırılıb, qaz kompressor binası, Rəqəmsal İdarəetmə Mərkəzinin binası, Nəqliyyat Sahəsi və digər sahələrdə binaların tikintisi, o cümlədən stansiya üzrə metal-konstruksiya işlərinin böyük hissəsi görülüb.

1280 meqavatlıq yeni elektrik stansiyası və “Azərbaycan” İstilik Elektrik Stansiyasının mövcud 7 və 8-ci bloklarının əlaqələndirməsi nəticəsində ümumi güc 1880 meqavat olacaq. Bununla da faydalı iş əmsalı 18% artırılaraq 56%-ə çatdırılacaq.

1280 meqavatlıq yeni elektrik stansiyasının qaz turbinlərində bir dəfə işlənmiş qaz, utilizasiya yolu ilə suyu buxara çevirəcək və “Azərbaycan” İES-in 7 və 8-ci bloklarının buxar turbinlərində əlavə qaz işlətmədən enerji almağa imkan verəcək. Əlaqələndirmə nəticəsində ildə 800 milyion kubmetr qaza qənaət olunacaq.


Rüya tabirlerini burdan oku
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Mingəçevirin #yeni #elektrik #stansiyası #tikilir

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu