fbpx

Mingəçevirdə ata doğma qızını dirəyə bağlayırmış

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Mayın 10-u saat 12 radələrində Mingəçevir şəhərində yaşayan, 2003-cü il təvəllüdlü A.M.-in atası tərəfindən qanunsuz azadlıqdan məhrum edilməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Baş Prokurorluğun mətbuat xidmətindən Metbuat.az-a bildirilib ki, araşdırmalarla 1978-ci il təvəllüdlü N.M.-in psixi xəstəlikdən əziyyət çəkən, kənar şəxslərin qulluğuna ehtiyacı olan qızını fiziki zor tətbiq edib döyməklə yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən dəmir dirəyə bağlamasına, həmçinin evin zirzəmisində saxlayıb aclığa məruz qoyub əzab verməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 133.2.6 (işgəncə verməklə əzab vermə) və 145.2.5-ci (qanunsuz azadlıqdan məhrum etmə) maddələri ilə cinayət işi başlanıb. N.M. şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda iş üzrə istintaq tədbirləri davam edir.

Rüya tabirlerini burdan oku

Qeyd edək ki, Mingəçevirdə 19 yaşlı əqli qüsurlu qız atası tərəfindən işgəncələrə məruz qalıb. Beşuşaqlı ailə yanvar ayından şəhərin Samux küçəsində yerləşən fərdi təsərrüfatlardan birində kirayədə yaşayıb. Usta kimi çalışıb ailəsini dolandıran Ülman Bədəlovun qonşularla sıx münasibəti olmayıb. Ata 2003-cü il təvəllüdlü qızı – Nuranə Bədəlovanı günlərlə həyətdə dəmir dirəyə bağlı saxlayırmış. Hadisəsnin təkrarlandığını göən qonşular hüquq-mühafizə orqanlarını məlumatlandrıblar.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu