Mingəçevirdə qanunsuz balıq ovu ilə bağlı 5 cinayət faktı qeydə alınıb
BEY.AZ informasiya agentliyi xəbər verir
Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin Mingəçevir Xətt Polis Məntəqəsinin əməkdaşları tərəfindən cari il ərzində keçirilən tədbirlər zamanı qanunsuz balıq ovu ilə məşğul olan şəxslər məsuliyyətə cəlb edilib və onlardan yarım tona yaxın balıq müsadirə edilərək aidiyyəti üzrə təhvil verilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Metbuat.az-a verilən məlumata görə, ekoloji cinayətlərə qarşı mübarizə tədbirləri çərçivəsində polis əməkdaşlarının xidməti ərazidə keçirdikləri əməliyyatlar nəticəsində qanunsuz balıq ovuna görə 2022-ci ilin 3 ayı ərzində 5 cinayət və 5 inzibati fakt qeydə alınıb.
Həmin əməlləri törədən şəxslərdən 497 kiloqram axçalı balıq,4 ədəd qayıq və 7 tor götürülüb.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.