fbpx

​Mingəçevirdə qanunsuz balıq ovu ilə bağlı 8 cinayət faktı qeydə alınıb

BEY.AZ informasiya agentliyi xəbər verir


Mingəçevirdə qanunsuz balıq ovu ilə bağlı 8 cinayət faktı qeydə alınıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Metbuat.az-a verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin Mingəçevir Xətt Polis Məntəqəsinin əməkdaşları tərəfindən cari il ərzində keçirilən tədbirlər zamanı qanunsuz balıq ovu ilə məşğul olan şəxslər məsuliyyətə cəlb edilib və onlardan yarım tondan artıq balıq müsadirə edilərək aidiyyəti üzrə təhvil verilib.

Ekoloji cinayətlərə qarşı mübarizə tədbirləri çərçivəsində polis əməkdaşlarının xidməti ərazidə keçirdikləri əməliyyatlar nəticəsində qanunsuz balıq ovuna görə 2022-ci ilin 9 ayı ərzində 8 cinayət və 8 inzibati fakt qeydə alınıb.

Həmin əməlləri törədən şəxslərdən 507 kiloqram balıq, 1 ədəd müvafiq sənədləri olmayan ov tüfəngi və 12 tor götürülüb.

Bu istiqamətdə tədbirlər davam etdirilir.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin