fbpx

Minimum əmək haqqı bu qədər qalxa bilər


Azərbaycanda minimum əmək haqqının artırılması ilə bağlı təkliflər hazırlanır.

BEY.AZ xəbər verir ki, bu, “Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Əmək bazarı” işçi qrupunun 2024-cü il üzrə Fəaliyyət Planı”nda öz əksini tapıb.

Sənəddə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bu il noyabrın 1-dək minimum əmək haqqının artırılması ilə bağlı təklifləri hazırlayaraq adiyyətı üzrə təqdim etməsi tapşırılıb.

Bəs minimum əmək haqqı nə qədər artırıla bilər?

Bu barədə BEY.AZ-a açıqlama verən iqtisadçı Rauf Qarayev bildirib ki, təqribən 20 manat həddində artım gözlənilir:

“Minimum əmək haqqı 2023-cü ilin yanvar ayında 345 manata çatdırılıb. Həmin ilin sonuna yaxın inflyasiya faizi 9,4 olub. Əgər 2024-cü ilin yanvar ayının 1-nə bu rəqəm yüksəlsəydi, minimum əmək haqqı 377 manat olmalı idi. 2024- cü il üçün inflyasiya 3,5 faiz proqnoz edilib. Bu da bu il üçün 390 manata, saat hesabı minimum məbləğ isə təxmini 2,30 manata bərabərdir. İnflyasiya prosesini nəzərə alsaq minimum əmək haqqı 45 manat qalxmalıdır. Qeyd edim ki, əvvəlki ildə inflyasiya faizi 13.9% nəzərə alınaraq əmək haqqı 345 manata qaldırılıb. Həmin dövrdə nominal orta aylıq əmək haqqındakı artım faizi də yüksək olub”.

Gülbəniz Hüseynli / BEY.AZ



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu