fbpx

​Minlərlə israilli küçələrə axışdı

Rüya Yorumları burda

Qəzzada girovların azad edilməsi tələbi ilə minlərlə israilli küçələrə axışıb.

BEY.AZ globalinfo.az-a istinadən xəbər verir ki, nümayişçilər İsrail bayraqlarını dalğalandırıb, girovları dəstəkləyən şüarlar səsləndirib və hökumətdən onların azad olunması üçün təcili tədbir görülməsini tələb ediblər.

Ən böyük aksiya Təl-Əvivin şərqində hökumət binaları kompleksinin yaxınlığında keçirilib. Baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi kabinetin istefası və yeni seçkilərin keçirilməsi tələbləri də səsləndirilib.

Bu dəfəki mitinqdə çıxış edənlər arasında keçmiş baş nazir və parlament müxalifətinin lideri Yair Lapid də olub. O, çıxışında Netanyahunun rəhbərlik etdiyi hakim koalisiyanın hər gün zəiflədiyini bildirib. Lapid 2023-cü il oktyabrın 7-də Fələstin radikallarının hücumuna səbəb olan nöqsanlarda mövcud kabineti günahlandırıb.

Rüya tabirlerini burdan oku

Təl-Əvivlə yanaşı, İsrailin bir çox başqa məntəqələrində, o cümlədən Qüds və Qəzza zolağı ilə həmsərhəd olan bəzi kəndlərdə də kiçik miqyaslı etirazlar keçirilib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



ARMY.AZ USTA XİDMƏTLƏRİ Sayt Al Sayt satışı

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu