Minlərlə Suriya əsgəri bu ölkəyə keçdi
İraq sərhədi keçmək üçün icazə istəyən Suriya ordusunun mindən çox əsgərinin müraciətini müsbət cavablandırıb.
BEY.AZ report-a istinadla xəbər verir ki, bu barədə İraqın İNA agentliyi məlumat yayıb.
Bildirilib ki, döyüşçülər Əl-Qaim sərhəd keçid məntəqəsindən daxil olublar. Onlara lazımi köməklik göstərilib.
Qeyd edək ki, dekabrın 4-dən etibarən Suriyada vəziyyət gərgindir. Bəzi məlumatlara görə, etirazçılar artıq paytaxt Dəməşqə yaxınlaşırlar.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ |