fbpx

Mirzoyan Azərbaycana BÖHTAN ATDI

Rüya Yorumları burda

Ermənistan xarici işlər naziri Brüssel görüşü ilə bağlı bir sıra açıqlamalar verib.

BEY.AZ erməni mətbuatına istinadla xəbər verir ki, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan avqustun 31-də Brüsseldə keçirilən görüşə münasibət bildirərkən sərsəm açıqlama verib.

“Azərbaycanın təklif etdiyi beş bəndlə bağlı Ermənistan tərəfinin baxışı dəyişməzdir. Artıq dediyimiz kimi, Azərbaycanın 2022-ci il martın 10-da təqdim etdiyi təkliflərdə qəbuledilməz heç nə yoxdur. Başqa bir məsələ odur ki, bu təkliflər Ermənistan-Azərbaycan hərtərəfli sülh gündəliyinin bütün məsələlərinə toxunmur. Biz ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinə verilən cavabımızla gündəliyə əlavə etdik və ona görə də bu əsasda sülh danışıqlarını davam etdirməyə hazırıq.

Bunu Brüsseldəki son müzakirələr zamanı Baş nazir Paşinyan bir daha təsdiqləyib.

Azərbaycanın bu nöqteyi-nəzəri “eşitməməsi və ya eşitməyə çalışmaması” erməni tərəfinin Azərbaycan tərəfinin sülhə nail olmaq niyyətinin səmimiliyinə şübhə etməyə əsas verir.

Rüya tabirlerini burdan oku

Üstəlik, danışıqların daim reallığa uyğun olmayan özbaşına yozulması və razılaşmaların icrasından yayınması belə düşünməyə əsas verir ki, Azərbaycan sülh prosesini “iflasa uğratmağa, gücdən istifadə etməklə etnik təmizləmə siyasətini davam etdirməyə çalışır”, – deyə Mirzoyan hamıdan çox sülh istəyən Azərbaycana böhtan atıb.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu