fbpx

Misir prezidenti İlham Əliyevə məktub ünvanladı

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

Metbuat.az xəbər verir ki, məktubda deyilir:

“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Rüya tabirlerini burdan oku

Hörmətli cənab Prezident, Sizə ən səmimi salamlarımı çatdırıram.

Misir ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının otuzuncu ildönümü münasibətilə Misir Ərəb Respublikasının hökuməti və xalqı adından, şəxsən öz adımdan Sizə və dost ölkənizin hökumətinə və xalqına səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Ölkələrimiz arasında ikitərəfli münasibətlər həmişə konstruktiv əməkdaşlıq və qarşılıqlı hörmətlə səciyyələnib, eyni zamanda, Misir və Azərbaycan dövlətlərinin və xalqlarının ümumi maraqlarına nail olmaq üçün ciddi iş aparılıb. Həmçinin iki ölkə arasında müxtəlif sahələrdə ikitərəfli əməkdaşlıq mühüm nailiyyətlərin əldə edilməsində həmişə səmərəli və uğurlu olub, indi də davam edir.

Misirin və Azərbaycanın, eləcə də onların dost xalqlarının mənafeləri naminə qarşılıqlı maraq kəsb edən sahələrdə, xüsusilə enerji, tikinti, əczaçılıq sənayesi və mədənçıxarma sahələrində ikitərəfli əlaqələrimizin daha da gücləndirilməsi üçün birgə işləmək bizim üçün çox vacibdir.

Zati-aliləri cənab Prezident, dost ölkənizə və xalqınıza sabitlik, tərəqqi arzu edir, Sizə ən yüksək hörmət və ehtiramımı bildirirəm”.

Prezident İlham Əliyev də öz növbəsində misirli həmkarına məktubla cavab verib.

Məktubda deyilir:

“Azərbaycan Respublikası ilə Misir Ərəb Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə mənə ünvanladığınız məktuba görə təşəkkür edirəm. Mən də Sizi və dost xalqınızı bu əlamətdar hadisə ilə şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.

Ölkələrimizi və xalqlarımızı birləşdirən dostluq və əməkdaşlığın, dövlətlərarası münasibətlərimizin bugünkü səviyyəsi məmnunluq doğurur və bu münasibətlər bizim üçün çox əhəmiyyətlidir.

Ötən illər ərzində Azərbaycan ilə Misir arasında əlaqələr ikitərəfli və çoxtərəfli qaydada konstruktiv məcrada inkişaf etmişdir. Bu mənada Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı etimad və dəstəyə əsaslanan əməkdaşlığımızı xüsusi qeyd etmək istərdim.

İnanıram ki, qarşılıqlı faydalı əməkdaşlığımız birgə səylərimizlə bundan sonra da dost ölkələrimizin və xalqlarımızın mənafeyi naminə möhkəmlənəcək və genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Misir xalqına əmin-amanlıq və firavanlıq arzulayıram”.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu