fbpx

MM-in deputatı MDB PA komissiyasının iclasına qatılacaq

Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone olBEY.AZ informasiya agentliyi xəbər verir

Milli Məclisin deputatı Jalə Əliyeva Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının (MDB PA) Dövlət quruculuğu və yerli özünüidarəetmə təcrübəsinin öyrənilməsi üzrə daimi komissiyasının iclasında iştirak etmək üçün sentyabrın 26-da Belarusun Qrodno şəhərinə səfər edəcək.

Bu barədə Metbuat.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Tədbirdə dövlətin seçki suverenliyinin təmin edilməsi və qorunması, elektron səsvermənin müşahidəsi, yerli özünüidarəetmə orqanlarının pandemiya dövründə əhalinin dəstəklənməsinə yönəlmiş fəaliyyətinin təşkili, bu qurumların rəqəmsal mühitdə vətəndaşların hüquqlarının təmin edilməsi və qorunması sahəsində fəaliyyətinə dair, bir sıra digər tövsiyələrin layihələri və başqa məsələlər müzakirə olunacaq.

İclasda habelə təşkilatı məsələyə baxılacaq, komissiyanın 2024-cü il üçün iş planı nəzərdən keçiriləcək, növbəti iclasın tarixi və gündəliyi müəyyən olunacaq.

Səfər oktyabrın 1-də başa çatacaq.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #MMin #deputatı #MDB #komissiyasının #iclasına #qatılacaq

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin