MN azad edilən ərazilərdə dislokasiya olunan qoşunların durumunu AÇIQLADI
BEY MEDIA İnformasiya agenti xəbər verir
Müdafiə Nazirliyi azad edilən ərazilərdə dislokasiya olunan qoşunların durumunu açıqlayıb
Nazirlikdən Metbuat.az-a bildirilib ki, dağlıq və çətin keçilən ərazilərdə yerləşən bölmələrimizin mövqelərinə yeni təminat yollarının çəkilməsi üzrə fəaliyyətlər davam etdirilir.
“İşğaldan azad edilən Kəlbəcər və Laçın rayonlarında dislokasiya olunan qoşunların döyüş qabiliyyətinin yüksək səviyyədə saxlanması, o cümlədən bölmələrin fasiləsiz təminatını həyata keçirmək məqsədilə Azərbaycan Ordusunun Mühəndis Qoşunları yolların daima işlək qalması, qar örtüyündən təmizlənilməsi, eləcə də dağlıq və çətin keçilən ərazilərdə yerləşən bölmələrimizin mövqelərinə yeni təminat yollarının çəkilməsi üzrə fəaliyyətlər davam etdirilir”, – məlumatda qeyd olunub.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.