fbpx

MN-in sabiq idarə rəisinin məhkəməsinə şahidlər məcburi gətiriləcək

Rüya Yorumları burda
Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone ol BEY.AZ informasiya agentliyi xəbər verir

Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Məlikməmməd Qurbanovun məhkəmə prosesi keçirilib.

Metbuat.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Rafiq Abbasovun sədrliyi ilə baş tutan iclasda şahid qismində Anar Həşimov ifadə verib.

O bildirib ki, təqsirləndirilən Məlikməmməd Qurbanovu tanımayıb. Şahid bildirib ki, “Avto luks” MMC-də işləyib: “MMC-nin rəhbəri İslam Rzayev olub. Şirkət avtomobil ehtiyatının hissələrinin satışı ilə məşğul olub. Mən isə orada fəhlə olmuşam. Uzun müddət İslam Rzayevin yanında işlədiyim üçün məni etibarlı işçisi kimi tanıyıb. Sonradan İslam Rzayevin səhhətində problemlər yarandığı üçün məni MMC-yə direktor təyin etdi. Amma mən yenə də fəhləlik etdim. İslam Rzayev vəfat edəndən sonra isə işlərə oğlu Allahverdi nəzarət etməyə başladı. Mənə sənədlər verilirdi. Həmin sənədləri mən imzalayırdım”.

Şahid ifadəsində Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsi ilə MMC arasında alqı-satqı müqaviləsinin olduğunu təsdiqləyib: “Biz müqaviləni MMC-nin anbarında bağladıq. Müdafiə Nazirliyinin nümayəndələri ilə mənim heç bir görüşüm olmayıb. Bizim işimiz ehtiyat hissələrinin satılmasından ibarət olub. Mən Müdafiə Nazirliyində hər hansı bir vəzifəli şəxsi tanımamışam. İlqar adlı mühasib sənədləri mənə təqdim edib, mən də həmin sənədləri imzalamışam”.

Prokuror deyib ki, nazirliklə MMC arasında bağlanan alqı-satqı müqaviləsində avtomobil ehtiyatı hissələrinin qiymətləri şişirdilib, həmin şişirdilmiş pulların bir qismi geri qaytarılıb, bununla bağlı dövlətə 360 min manat ziyan dəyib. Şahid isə bundan xəbəri olmadığını deyib.

Rüya tabirlerini burdan oku

Şahid bildirib ki, MMC-də fəhlə kimi ancaq 850 manat əməkhaqqı alıb. Onun sözlərinə görə, əvvəllər əməkhaqqısı daha az olub.

Prokurorun suallarına cavab verən təqsirləndirilən Məlikməmməd Qurbanov deyib ki, əvvəl onlar İslam Rzayevlə alqı-satqı müqaviləsi bağlayıb, o, rəhmətə gedəndən sonra isə işlərə oğlu Allahverdi Rzayev nəzarət edib.

Təqsirləndirilən şəxs deyib ki, hazırda məhkəmədə dindirilən şahid Anar Həşimovu tanımayıb, onun MMC-yə direktor təyin olunmasından xəbəri olmayıb: “Həmişə bizimlə Allahverdi Rzayev işləyib. Biz onu tanımışıq. Allahverdi əvvəllərdə işləyib, hazırda da işləyir. Direktorun dəyişdirilməsindən xəbərimiz olmayıb. MMC malları təhvil verirdi, yoxlama aparılanda sonra ödəniş olurdu. Mən müqavilələrə nəzarət etməmişəm. Bunun üçün nəzarət edən şöbələr var. Həmin şöbələrdə müqavilələr yoxlanıldıqdan sonra hazır şəkildə mənə təqdim olunub, imzalamışam”.

Daha sonra məlum olub ki, şahidlərin məhkəməyə dəvət olunması üçün məktublar göndərilsə də, onlar məhkəməyə gəlmirlər. Bu səbəbdən məhkəmə şahidlərin məhkəməyə məcbur gətirilməsi barədə qərar qəbul edib.

Proses oktyabrın 27-də davam etdiriləcək.

Bu gün Bakı Hərbi Məhkəməsində Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Mahir Şirvanovun da cinayət işi üzrə də məhkəmə iclası keçirilib.

Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Vilayət Abdullayev ifadə verib. O bildirib ki, “Avtoqrant” MMC-də 15 ilə yaxındır fəhlə işləyir. Onun sözlərinə görə, həmin MMC İslam Rzayevə məxsus olub.

Şahid qeyd edib ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan İslam Rzayevin səhhətində problemlər yarandığı üçün etibarlı adam kimi işləri ona tapşırıb: “Həmin dövrədə İslam müəllim xəstələnmişdi. Mənə də etibar etdiyi üçün MMC-yə direktor təyin etdi. Mənim işim ancaq sənədlərə imza etməkdən ibarət olub. Həmin sənədlərin mahiyyətindən xəbərim olmayıb. İslam Rzayev vəfat edəndən sonra isə işlərə oğlu Allahverdi nəzarət etdi. Müqavilələri İlqar adlı icraçı direktor mənə gətirib, imzalamışam”.

Prokuror bildirib ki, satılan malların şişirdilməsi nəticəsində dövlətə 165 min manat ziyan dəyib. Dövlət ittihamçısının suallarına cavab verən şahid həmin mənimsəmə faktından xəbəri olmadığını deyib.

Proses oktyabrın 20-də davam etdiriləcək.

Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov, maliyyə idarəsinin zabiti Vüsal Əlizadə, Müdafiə Nazirlinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi, polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər.

Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər.

Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib.

İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı ödənilib.

Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb.

Təqsirləndirilən şəxslərin hər biri Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddəsi ilə ittiham irəli sürülüb.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #MNin #sabiq #idarə #rəisinin #məhkəməsinə #şahidlər #məcburi #gətiriləcək

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu