Molla rejimi yüzlərlə insanı məhkəməsiz edam edib
“İran hökuməti son 45 ildə yüzlərlə məhkəməsiz edam həyata keçirib”.
BEY.AZ “Azad İran” “Telegram” kanalına istinadən bildirir ki, bu barədə Əbdürrəhman Borumənd İnsan Haqları Fondunun hesabatında bildirilib.
“İran: Sərhədsiz dövlət zorakılığı” başlığı ilə hazırlanan sənəddə bildirilir ki, İslam Respublikasında 862 məhkəməsiz edam, 124 ölümlə hədələmə, ya adam oğurluğu və sui-qəsd cəhdi qeydə alınıb.
Fondun məlumatına görə, bu hallarda İranın hökumət rəsmilərinin, diplomatlarının və təhlükəsizlik qüvvələrinin rolu olub.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ | Sayt Al Sayt satışı |