Moskva vilayətində güclü partlayış: Yaralıların sayı 45-ə çatdı
BEY.AZ informasiya agentliyi xəbər verir
Moskva vilayətinin Sergiyev Posad şəhərində pirotexniki vasitələrin saxlandığı anbarda baş verən partlayış nəticəsində xəsarət alanların sayı 45 nəfərə çatıb.
Bu barədə vilayət qubernatoru Andrey Vorobyov məlumat verib. Onun sözlərinə görə, yaralılar xəstəxanaya çatdırılıblar və onlara lazımi köməklik göstərilir.
A.Vorobyovun sözlərinə görə, “Luç” idman kompleksi də qismən zədələnib, Osipenko və Karl Libknext küçələrindəki yaşayış binalarının şüşələri sınıb. Qubernator partlayış nəticəsində mənzilləri zədələnən hər kəsə kömək ediləcəyinə söz verib.
12.19
Rusiyada, Moskva vilayətinin Sergiyev Posad şəhərində yerləşən Zaqorsk optik-mexanika zavodunda güclü partlayış baş verib.
Metbuat.az “Ria Novosti”yə istinadən xəbər verir ki, hadisə zamanı bir nəfər xəsarət alıb. Fövqəladə hallar xidmətinin məlumatına görə, əzaya səbəb texnoloji prosesin pozulması olub. Partlayış zamanı binaya ciddi ziyan dəyib, şüşələri qırılıb. Zavod əsasən oftalmoloji avadanlıqlar, durbinlər, LOR avadanlıqları və defibrilatorlar istehsal edir.
Faktla bağlı araşdırma aparılır.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Moskva #vilayətində #güclü #partlayış #Yaralıların #sayı #45ə #çatdı