Moskvada güclü partlayış – General öldü
Rusiyanın paytaxtı Moskvada yaşayış binasında güclü partlayış baş verib.
BEY.AZ TASS agentliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində 2 nəfər həlak olub.
Məlumata görə, hadisə Ryazan prospektindəki binanın birinci mərtəbəsində baş verib. Rusiyanın “SHOT” teleqram kanalı həlak olan şəxslərdən birinin rusiyalı general və onun müavini olduğunu yazıb. İddialara görə, general Rusiya Silahlı Qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarına rəhbərlik edib.
Hadisənin səbəbləri araşdırılır.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ |