Moskvada maska rejimi ləğv edilir
BEY.AZ informasiya agentliyi xəbər verir
Moskva meri Sergey Sobyanin martın 15-dən maska rejimini ləğv edib.
Metbuat.az xəbər verir ki, Sobyaninin sözlərinə görə, maska rejiminin ləğvi epidemioloji vəziyyətin durmadan yaxşılaşması ilə bağlıdır.
“Epidemioloji vəziyyətin stabil şəkildə yaxşılaşması çoxdan gözlənilən qərar qəbul etməyə imkan verir. 15 mart 2022-ci il çərşənbə axşamından etibarən qoruyucu maskalardan istifadə tələbindən imtina edirik”
Sobyaninin sözlərinə görə, belə bir qərar sanksiyalar qarşısında biznesə dəstək olacaq. O, həmçinin müəssisə və təşkilatlarda işçilərin temperaturu yoxlanılması və iş yerlərində arakəsmələrin ayrılması da daxil olmaqla məcburi tədbirləri ləğv edib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.