fbpx

Moskvada Rusiya və Çin arasında vacib toplantı

BEY.AZ informasiya agentliyi xəbər verir


Rusiya prezidenti Vladimir Putin və Çinin müdafiə naziri Li Şanfu arasında Moskvada görüş olub.

Metbuat.az xəbər verir ki, bu barədə Kreml açıqlama verib. Bildirilir ki, tərəflər hərbi sahədə əməkdaşlığı müzakirə ediblər. Məlumata görə, Putin Rusiya və Çin arasında hərbi sahədə əməkdaşlıqdan məmnunluğunu ifadə edib.

“Biz hərbi birliklərimiz vasitəsilə səmərəli işləyirik, müntəzəm olaraq faydalı məlumatlar mübadiləsi aparırıq, hərbi-texniki sahələrdə əməkdaşlıq edirik və birgə təlimlər keçiririk”, – deyə Putin bildirib.

Sözügedən təlimlərin Uzaq Şərq və Avropada quru, dəniz və hava qüvvələrinin iştirakı ilə keçirildiyinə diqqət çəkən Putin, “Şübhəsiz ki, bu, yüksək səviyyəyə əsaslanan əlaqələrimizin strateji xarakterini gücləndirən digər mühüm sahədir” deyə bildirib.

Görüş zamanı Li iki ölkə arasında hərbi sahədə əməkdaşlığın artmaqda davam etdiyini bildirib.

“Rusiya və Çin arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlıq son zamanlar çox yaxşı inkişaf edir. Bu, qlobal və regional təhlükəsizliyə böyük töhfə verir”, – Çinin müdafiə naziri bildirib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Moskvada #Rusiya #və #Çin #arasında #vacib #toplantı

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin