fbpx

Moskvada tarixi barışıq: Türkiyə və Suriya yaxınlaşdı

BEY.AZ informasiya agentliyi xəbər verir


Suriya Müdafiə Nazirliyi Moskvada Suriya və Türkiyə müdafiə nazirləri arasında keçirilən görüş barədə açıqlama verib.

Metbuat.az xəbər verir ki, açıqlamada görüşün məhsuldar keçdiyi bildirilir. Açıqlamaya görə, tərəflər bir neçə məsələ ətrafında müzakirələr aparıb. Tərəflər arasında bəzi fikirlərin üst-üstə düşdüyü diqqətə çatdırılıb:

“Bölgədə sabitliyin təmin olunması üçün nələr edilə biləcəyindən danışdıq. Ümid edirik ki, bölgəyə sülh, əmin-amanlıq və sabitlik tezliklə gələcək. Bunun üçün indiyə qədər etdiyimiz kimi bundan sonra da üzərimizə düşən vəzifələri yerinə yetirəcək, lazımi töhfələri verəcəyik”.

Qeyd edək ki, Türkiyənin müdafiə naziri Hulusi Akar Moskvada suriyalı həmkarı Mahmud Abbasla görüşüb. Bu, 11 ildən sonra iki ölkənin yüksək səviyyəli ilk görüşü olub.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Moskvada #tarixi #barışıq #Türkiyə #və #Suriya #yaxınlaşdı

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin