fbpx

Motosiklet sürücüsünü döyən “Lexus” sahibi danışdı

BEY.AZ informasiya agentliyi xəbər verir


“Heç özüm də bilmədim ki, bu olay necə baş verdi. Çox əsəbiydim, təzyiqim qalxmışdı. Nəvəmi məktəbdən gətirirdim. Kaş ki, olmayaydı”.

Metbuat.az xəbər verir ki, bunu Gununsesi.info-ya açıqlamasında paytaxtda motosikilet sürücüsünü döyən vəzifəli şəxs Suıtan Dadaşov yayılmış görüntülərinə münasibətində deyib.

O, bildirib ki, həmin an özündə olmayıb və işdən azad olunacağını da gözləyir:

“Mən təəssüf edirəm. Nə qərar versələr, hazıram”.

Qeyd edək ki, Sultan Dadaşovun PA-da işlədiyi deyilir.

23:14

“Lexus” markalı avtomobilin sürücüsünün motosikletçini döyməsi ətrafda olanların və sosial şəbəkə izləyicilərinin ciddi narazılığına səbəb olub.

Metbuat.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin inspektoru, polis mayoru Anar Qafarov Lent.az-a açıqlamasında yayılan görüntülərdən məlumatlı olduqlarını bildirib.

Onun sözlərinə görə, artıq yayılan görüntülərlə bağlı araşdırmalara başlanıb: “Hadisə araşdırıldıqdan sonra nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.

Qeyd edək ki, “Lexus”un sürücüsünün Dadaşov Sultan Tofiq oğlu olduğu bildirilir.

21:46

Bakıda iki sürücü arasında baş vermiş insindet sosial şəbəkələrdə gündəm olub.

Metbuat.az xəbər verir ki, hadisə paytaxtın Mətbuat dairəsi adlanan ərazisində baş verib.

Belə ki, “Lexus” markalı avtomobilin sahibi hərəkət zamanı onunla mübahisə edən motosikletin sürücüsünü döyüb.

Müvafiq görüntüləri motosikletin sürücüsü Murad Salman paylaşıb.

Görüntülərdən aydın olur ki, yolda hərəkət zamanı ona yol verməyən “Lexus” sürücüsünə reaksiya verən motosikletçi daha sonra avtomobildən enən şəxsin aqressiyası və fiziki təzyiqi ilə üz-üzə qalıb.

Həmin görüntüləri təqdim edirik:





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin