Mourinyo bu kluba keçə bilər
“Fənərbaxça”nın baş məşqçisi Joze Mourinyo ilə bağlı iddiaların ardı-arası kəsilmir.
BEY.AZ xəbər verir ki, amerikalı iş adamı Dan Fridkin Premyer Liqa klubu “Everton”un səhmlərini 94 faizini alandan sonra yeni layihə üzərində işləyir. “Football Insider”də yer alan xəbərə görə, Fridkin məşqçi namizədlərindən biri Mourinyodur. Mənbə Mourinyonun Şon Dayşın yerinə güclü namizəd olduğunu ifadə edib. “Sky”da yer alan xəbərə görə, “Everton”la Qrem Potterin də adı hallanır, lakin ingilis komandasının azarkeşləri Potter adına maraq göstərmirlər. Buna görə də, Mourinyonun klub üçün əsas namizəd olduğu irəli sürülür.
Qeyd edək ki, iddialardan sonra “Fənərbaxça” rəhbərliyinin toplandığı və Joze Mourinyonun klubda qalacağı barədə klub nümayəndələrinə açıqlama verdiyi barədə xəbərlər dərc edilmişdi. “Everton” Premyer Liqada 6 həftədən sonra 4 xalla 16-cı pillədə qərarlaşıb.
ARMY.AZ | TÜRKÇE BİLGİ PORTALI |