Mourinyo ”Fənərbaxça”nı ulduz futbolçu üçün səfərbər etdi
“Fənərbaxça”nın idman direktoru Mario Branko və vitse-prezident Acun Ilıcalı Səudiyyə Ərəbistanına gedir.
BEY.AZ Türkiyə mediasına istinadən xəbər verir ki, tərəflər həm Taliska, həm meneceri, həm də “Əl Nəsr” klubu ilə üzbəüz görüşlər keçirərək transferi yekunlaşdırmaq istəyir. Bildirilir ki, “Fənərbaxça” mövsümün fasiləsində futbolçunu heyətə cəlb etmək istəyir. “Takvim” qəzetinin məlumatına görə, braziliyalı ulduz bir çox mövzuda “Fənərbaxça” ilə razılaşıb. İddialara görə, “Fənərbaxça” futbolçunu icarə və ya birdəfəlik transfer edərək heyətə cəlb edə bilər.
Qeyd edək ki, 2021-ci ildən “Əl Nəsr”də çıxış edən Taliska Səudiyyə Ərəbistanı klubunda 103 matçda 76 qol vurub və 10 məhsuldar ötürmə edib.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ |