Mourinyo keçmiş döyüşçüsü üçün şəxsən hərəkətə keçdi
“Fənərbaxça” “Tottenhem”də çıxış edən Pyer Emil-Hojbjerqi heyətinə qatmaq üçün hərəkətə keçib.
BEY.AZ xəbər verir ki, bu transferin reallaşması üçün “Fənərbaxça”nın baş məşqçisi Joze Mourinyonun şəxsən danışıqlar apardığı iddia edilib. Bildirilir ki, Pyer Emil-Hojbjerq əvvəl Mourinyo ilə birgə çalışdığı üçün o, “Fənərbaxça”ya razılıq verə bilər. Məlumata görə, Danimarka hələlik AVRO-2024-də iştirak etdiyi üçün tərəflər çempionatdan sonra rəsmi danışıqlar aparacaq.
“Fənərbaxça” klubu da AVRO-2024-dən sonra “Tottenhem” rəsmi təklif irəli sürəcək.
MÜHASİBATLIQ XİDMƏTİ | TÜRKÇE BİLGİ PORTALI |