Mourinyo keçmiş döyüşçüsünü yanına gətirir
Yeni mövsümdə çempionluq hədəfi olan “Fənərbaxça”, prezident seçkilərindən sonra transfer işlərinə başlayıb.
BEY.AZ xəbər verir ki, transfer siyahısının ilk sıralarında Joze Mourinyonun keçmiş tələbəsi Pierre-Emile Hojbjergin olduğu irəli sürülür. “Sporten”in xəbərinə görə, Joze Mourinyo “Tottenhem”i çalışdırarkən birlikdə çalışdığı danimarkalı yarımmüdafiəçi üçün rəhbərliyə göstəriş verib. Yarımmüdafiədə oyunun intensivliyini artırmağı qarşısına məqsəd qoyan portuqaliyalı çalışdırıcının Hojbjergin alınması üçün hesabat verdiyi bildirilib.
“Transfermarket”in məlumatına görə, yarımmüdafiəçinin transfer dəyəri 18 milyon avrodur. İddialara görə, Mourinyo özü də futbolçu ilə əlaqə saxlayıb və tərəflər məhsuldar danışıqlar aparıb.
MÜHASİBATLIQ XİDMƏTİ | TÜRKÇE BİLGİ PORTALI |