fbpx

Mourinyo məğlubiyyətdən danışdı – “Qələbəyə layiq idik”

Rüya Yorumları burda


UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyununda Fransanın “Lill” komandası ilə 1:1 hesablı heç-heçə edən və turnirlə vidalaşan “Fənərbaxça”nın baş məşqçisi Joze Mourinyo raundu keçməyə layiq olduqlarını deyib.

BEY.AZ türk mediasına istinadən xəbər verir ki, “Ülkər” stadionunda oynanılan qarşılaşmadan sonra təşkil olunan mətbuat konfransında açıqlama verən təcrübəli çalışdırıcı futbolçuları ilə fəxr etdiyini bildirib:

“Matçın gedişində fərqli şərtlərə uyğunlaşdıq. Açıq-aşkar qol şanslarını əldən verdik, 2 topumuz dirəyə dəydi. Bu gün 1 komanda qalib gəlməyə layiq idi, digər komanda isə turu keçdi. İqtisadi anlamda itki yaşadıq, Çempionlar Liqası bu mənada bir dəstəkdir. Dünyanın ən böyük komandalarına qarşı oynamaq şansını itirdik. Çempionlar Liqasını heç vaxt qazana bilməzdik, amma bəzi böyük komandaları məğlub edə bilərdik”.

Fred və Ferdinin yoxluğunun nəticəyə təsir etdiyini bildirən Mourinyo Avropa Liqasında yaxşı işlər görə biləcəklərini deyib:

“Avropa Liqasına gedirik. “Əgər” deyib davam etmək istəmirəm. Orada yaxşı işlər görə bilərik, Avropa Liqasının püşkatma mərasimini gözləyəcəyik. Bizdə Fred və Ferdi kimi kreativ oyunçular yox idi, bunlardan birinin olmaması çətindir, onlardan ikisi olmasa daha çətindir, ümumiyyətlə, mənim oyunçularım əllərindən gələni etdilər, onlarla fəxr edirəm.



Rüya tabirlerini burdan oku




MÜHASİBATLIQ XİDMƏTİ TÜRKÇE BİLGİ PORTALI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu