Mourinyo türk ulduzu ”Fənərbaxça”ya gətirməyə çalışır
“Fənərbaxça” Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubunun futbolçusunu transfer etməyə çalışır.
BEY.AZ xəbər verir ki, “Fənərbaxça” mövsümün fasiləsində Merih Dəmiralı heyətə cəlb etmək istəyir. “Arriyadiyah”ın xəbərinə görə, klublar arasında danışıqlar aparılır. Xəbərdə deyilir ki, “Fənərbaxça” türk futbolçunu icarə və ya transfer qarşılığında heyətinə qatmaq istəyir. Lakin bu transferin “Əl-Əhli” rəhbərliyindən əvvəl Səudiyyə Liqasındakı transfer proqramından asılı olduğu bildirilib. Məlumata görə, Səudiyyə Ərəbistanında edilən transferlərə görə klubların öz büdcəsindən pul xərclənmir.
Futbolçuların xərcləri Səudiyyə Liqasında transfer proqramı ilə qarşılanır. Merih Dəmiralın klubu ilə 2026-cı ilə qədər müqaviləsi var. Müdafiəçi cari mövsümdə 15 matçda 1262 dəqiqə oynayıb və 1 qol vurub.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ |