Mourinyo xal itkisindən sonra azarkeşlərə söz verdi
“Fənərbaxça”nın baş məşqçisi Joze Mourinyo “Samsunspor”la 2:2 hesablı heç-heçə ilə yekunlaşan matçla bağlı açıqlama verib.
BEY.AZ xəbər verir ki, o bildirib ki, bundan sonra klub məğlub olmamalıdır. O, söz verib ki, liqanın sonuna qədər klub hər matçda qalib gəlmək üçün əlindən gələni edəcək.
Qeyd edək ki, “Samsunspor”la 2:2 hesablı heç-heçədən sonra “Fənərbaxça”nın, “Qalatasaray”la xal fərqi 8-ə yüksəlib. “Qalatasaray” 25, ondan 1 oyun az keçirən “Fənərbaxça” isə 17 xal toplayıb. “Samsunspor”la heç-heçədən sonra “Fənərbaxça”nın baş məşqçisi Joze Mourinyonun heyətlə bağlı seçimləri yerli mediada tənqid edilib.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ |