Mourinyo yırtıcı hücum xətti qurur
“Fənərbaxça”nın baş məşqçisi Joze Mourinyo Robert Levandovskini kluba cəlb etmək üçün şəxsən hərəkətə keçib.
BEY.AZ xəbər verir ki, Levandovski Hans Flikin “Barselona”ya keçməsindən sonra klubdan ayrılmaq istəmir. İspaniya mətbuatının məlumatına görə, buna qədər Levandovski başqa kluba transferi nəzərdən keçirirmiş. Lakin indi o “Barselona”da qalmağa üstünlük verir. Bununla belə, Mourinyonun hücumçu ilə əlaqə quraraq onu razı salmağa çalışdığı deyilir.
İddialara görə, Mourinyonun hücum xəttində düşündüyü digər hücumçular isə Son Hın Min və Rahim Sterlindir.
MÜHASİBATLIQ XİDMƏTİ | TÜRKÇE BİLGİ PORTALI |