fbpx

Mourinyonun derbidən sonrakı bu paylaşımı olay oldu



“Fənərbaxça”nın baş məşqçisi Joze Mourinyo “Trabzonspor” matçından sonra paylaşımı ilə gündəm olub.

BEY.AZ xəbər verir ki, o, cərimə meydançası daxilindəki epizodu paylaşaraq, “Fənərbaxça”nın lehinə penalti verilmədiyini irəli sürüb. Joze Mourinyo paylaşımında, “Baxın və gülün. Bəyəndinizsə, bütün matça baxın, çünki komediya bu epizodla bitməyib” – deyə qeyd edib. O, daha sonra paylaşımı silib.

Mourinyo matçdan sonra verdiyi açıqlamada isə, “Qeyd etdiyim kimi, xaricdə Türkiyə liqasını çox adam izləmir. Londonda türk liqasının oyunlarını yəqin ki, tək oğlum izləyir. Amma bu epizodu İnstaqramda qoyacağam. Çox olmasa da, 5 milyondan çox izlənəcək o epizod. Türk liqasının nə olduğunu görəcəklər” – deyə bildirmişdi. Qeyd edək ki, “Trabzonspor” – “Fənərbaxça” oyunu 2-3 hesabı ilə yekunlaşıb.






ARMY.AZUSTA XİDMƏTLƏRİ

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin