Mövsümü erkən başa vurdu
“Mançester Siti”nin və İspaniya Milli Komandasının yarımmüdafiəçisi Rodri mövsümü başa vurub.
BEY.AZ xəbər verir ki, futbolçu zədə alıb. ESPN-in məlumatına görə, “Mançester Siti”nin “Arsenal”la evdə 2:2 hesablı heç-heçə etdiyi matçda sağ dizindən ön çarpaz bağ nahiyəsindən zədə alan futbolçu mövsümün qalan hissəsində oynaya bilməyəcək.
Matçın 16-cı dəqiqəsində zədələnən və 21-ci dəqiqədə oyunu tərk edən Rodrini Kovaçiç əvəzləyib. Qeyd edək ki, Rodri bu mövsüm biri Çempionlar Liqasında, ikisi isə Premyer Liqada olmaqla 3 oyun keçirib.
ARMY.AZ | TÜRKÇE BİLGİ PORTALI |