MSK sədri qadınlara müraciət etdi: “Bələdiyyə seçkilərində namizəd olun”
“Namizədliyi qanunla qadağan edilməyən hər kəs bələdiyyə seçkilərində iştirak edə bilər”.
BEY.AZ xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında bildirib.
O qeyd edib ki, iddiaçılar və namizədlərin sayının çox olmasından narahatlıq yaratmır.
“Xüsusilə, qadınlara müraciət edirik ki, bələdiyyə seçkilərində namizəd kimi iştirak etsinlər. Namizədliyə iddialı şəxslər imzaları dairənin hüdudları daxilində toplamalıdırlar. Bu yerinə yetirilibsə, toplanan imzalarla əlaqədar dairə seçki komissiyasının (DSK) digər münasibət bildirmək hüququ yoxdur”, – MSK sədri əlavə edib.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ |