Müəllim və direktor barədə cinayət işi açıldı
Paytaxtın Sabunçu rayonunda yerləşən 310 nömrəli uşaq bağçası ilə əlaqəli yayılan məlumatlar nəzarətə götürülüb.
BEY.AZ xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin media və ictimiayyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Anar Qafarov bildirib ki, bir neçə valideyn bağçanın tərbiyəçisi olmuş T.Sadıqovanın uşaqları döyməsi, bağçanın direktoru olmuş H.Hüseynovanın isə maddi maraq müqabilində normadan əlavə uşaq qəbulu və aylıq ödəniş tələb etməsi ilə bağlı şikayətlər ediblər.
Faktla bağlı Sabunçu RPİ-də Cinayət Məcəlləsinin müvafiq maddələri cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.
Araşdırmanın nəticəsindən asılı olaraq onların əməllərinə hüquqi qiymət veriləcəkdir.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
MÜHASİBATLIQ XİDMƏTİ | TÜRKÇE BİLGİ PORTALI |