Müəllimlərin sertifikatlaşdırılması prosesi başa çatdı
Müəllimlərin sertifikatlaşdırılması prosesi bitib, nəticələr yaxın günlərdə açıqlanacaq.
Bu barədə BEY.AZ Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, 8 sentyabr-14 oktyabrda təhsilverənlərin sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsi keçirilib. Müsahibə nəticələri ilə bağlı məlumat yaxın günlərdə təhsilverənlərin şəxsi kabinetlərinə göndəriləcək.
Qeyd edək ki, “İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində təhsil müəssisələrinin bərpası nəticəsində Laçın şəhəri 2 nömrəli tam orta məktəbdə tədris prosesi yenidən təşkil olunub. Sözügedən təhsil müəssisəsində fəaliyyət göstərən müəllimlər oktyabrın 14-də sertifikatlaşdırma prosesinin müsahibə mərhələsində iştirak ediblər.